Bakıda keçmiş məhkumdan satmaq üçün gizlətdiyi 2 kq heroin götürülüb

Bakıda keçmiş məhkumdan satmaq üçün gizlətdiyi 2 kq heroin götürülüb
# 31 yanvar 2018 12:04 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, keçirilən əməliyyat nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərindən 1 bükümdə 0,818 qram heroin aşkarlanaraq, götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ə. Həmidovda əlavə narkotikin olduğu müəyyənləşib. Saxlanılan şəxs “Ramana qalası” adı ilə tanınan ərazinin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq heroin aşkarlanıb.

Saxlanılan şəxs narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından satmaq məqsədi ilə 7000 manata aldığını bildirib. Ə. Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib və qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR