Bakıda maneəyə çırpılan avtomobil yanıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Bakıda maneəyə çırpılan avtomobil yanıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 07 avqust 2013 07:06 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Böyükşor qəsəbəsində qeydə alınıb. Rasim Sabir oğlu Abdullayevin idarə etdiyi 90 FC 251 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobil yanıb. Avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Müşfiq Kamil oğlu Məmmədov ölüb, digər sərnişin Mais Təhməzov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR