Bakıda mənzildə 76 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 76 yaşlı qadının meyiti tapılıb
# 19 mart 2016 00:42 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Səbail rayonunda mənzildə 1940-ci il təvəllüdlü Məmmədova Anna Andreyevnanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və A. Məmmədovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:22-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR