Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
# 08 may 2017 07:02 (UTC +04:00)

Bu gecə Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9 m2 sahədə və mətbəx əşyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR