Bakıda mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlanıb
# 24 yanvar 2017 08:59 (UTC +04:00)

Bakı şəhərində mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 ədəd kompüter və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR