Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb
# 05 fevral 2015 12:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şərifzadə küçəsi 52 ünvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri mənzildə kişi meyiti aşkar ediblər. Hazırda meyitin şəxsiyyətinin təyin edilməsi və ölüm səbəbinin araşdırılması istiqamətində ekspert və hüquq mühafizə orqanlarının əməkdaşları iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR