Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 05 may 2016 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda mənzildə meyit aşkarlanıb.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Həmin binanın 19-cu mərtəbəsindəki mənzillərdən birində pis qoxu gəldiyi üçün hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb.

Mənzilə daxil olan xilasedicilər orada yaşayan Maqsud Salo oğlu Abıyevin meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR