Bakıda mənzildə 76 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 76 yaşlı qadının meyiti tapılıb
# 03 fevral 2015 13:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildə qadın meyiti aşkar edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakının Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən S.Talıbovanı huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onun vəfat etdiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR