Bakıda işıq dirəyinə çırpılan avtomobil yanıb - YENİLƏNİB

Bakıda işıq dirəyinə çırpılan avtomobil yanıb - <span style="color: red;">YENİLƏNİB
# 30 yanvar 2018 03:02 (UTC +04:00)

Bakının Xətai rayonunda avtomobil yanıb.

APA-nın verdiyi xəbərə görə, hadisə Gəncə prospektində qeydə alınıb.

Məlumata görə, Zığ yolu şossesi istiqamətində hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngül dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb.

Yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub.

***

23:04

Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR