Bakıda müəllim həmkarına qarşı dələduzluq edib

Bakıda müəllim həmkarına qarşı dələduzluq edib
# 09 iyun 2016 13:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda orta məktəb müəlliminə qarşı dələduzluq edilib.

APA-nın məlumatına görə, Bakı şəhər sakini Aytəkin Quluzadə polisə ərizə ilə müraciət edərək Rəsmiyyə adlı qadının onu aldadaraq 4500 manat və 500 ABŞ dolları pulunu aldığını bildirib. Daxil olan şikayət əsasında Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, aldadılan A. Quluzadə Bakıda fəaliyyət göstərən orta məktəblərdən birinin müəllimidir. Bu barədə APA-nın sualını cavablandıran A. Quluzadə dələduzluğa məruz qalması faktını təsdiqləyib. O qeyd edib ki, dələduzluq edən qadın da müəllimdir: “O, Bakıdakı orta məktəblərdən birində müəllim işləyir. Polisə şikayət etməyimə baxmayaraq, pulu qaytarmır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR