Bakıda naməlum avtomobil Gürcüstan vətəndaşını vuraraq öldürüb - YENİLƏNİB

Bakıda naməlum avtomobil Gürcüstan vətəndaşını vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 14 sentyabr 2015 12:18 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 12-də paytaxt ərazisində Gürcüstan vətəndaşı Turab Hacıyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Şamil Kərimov tərəfindən törədilməsi Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Suraxanı RPİ əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

***

13: 09

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Turab Hacıyev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR