Bakıda jurnalisti vuran avtomobilin sürücüsü müəyyənləşdirilib - YENİLƏNİB - VİDEO

Bakıda jurnalisti vuran avtomobilin sürücüsü müəyyənləşdirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 09:23 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, jurnalist Bakı şəhər sakini, 24 yaşlı Teymur Məlikovun idarə etdiyi “Hyundai” avtomobili ilə vurulub. Faktla bağlı araşdırma aparılır.

*** 11.55

Bakı. Fuad Cəfərov – APA. “Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb. Bu barədə APA-ya “Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib.

Ə. Mədətoğlu deyib ki, iyulun 17-də S. Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S. Ağayev hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, “Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub.

Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

Qeyd edək ki, S. Ağayev əvvəllər “Ədalət” qəzetində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR