Bakıda Oğuz rayon sakininə qarşı quldurluq edilib

Bakıda Oğuz rayon sakininə qarşı quldurluq edilib
# 12 sentyabr 2014 10:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Oğuz rayon sakininə qarşı quldurluq edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 11-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində Oğuz rayon sakini Seymur Mürsəlov "Chevrolet" markalı avtomobilə sərnişin qismində oturub metronun "20 Yanvar" stansiyasına gedəcəyini bildirib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürücü və digər sərnişin S.Mürsəlovu bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR