Bakıda orta məktəbin zirzəmisində döyüş sursatları tapılıb

Bakıda orta məktəbin zirzəmisində döyüş sursatları tapılıb
# 02 sentyabr 2014 15:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda məktəbin zirzəmisində döyüş sursatları aşkar edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilibdir. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim üçün istifadə edilən), sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR