Bakıda pulla dolu seyfi oğurlayan şəxs saxlanılıb

Bakıda pulla dolu seyfi oğurlayan şəxs saxlanılıb
# 05 iyul 2014 08:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda pulla dolu seyfi oğurlayan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu il martın 1-ə keçən gecə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Ramil Aslanova məxsus mebel fabrikindən (3-cü Mədən küçəsi) içərisində 19 min 600 manat olan dəmir seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nicat Zülfiyev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR