Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 04 yanvar 2018 19:33 (UTC +04:00)

Bakının Xətai rayonunda piyadanı avtomobil vurub. APA-nın məlumatına görə, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında, Süleyman Vəzirov küçəsində baş verib.

Paytaxt sakini, 48 yaşlı Həsənova Nəsibə Hacı qızı həmin yol qəzası nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona bədəninin küt travması, çanağının əzilməsi diaqnozları təyin edilib.

Müəyyən edilib ki, N.Həsənovanı avtomobillə vuran sürücü ərazidən uzaqlaşıb. Hazırda polis həmin sürücünün müəyyən edilməsi istiqamətində işlər görür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR