Bakıda qonşular arasında dava olub, yaralanan var

Bakıda qonşular arasında dava olub, yaralanan var
# 10 iyun 2016 01:48 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə 28 May küçəsi 12 ünvanında qeydə alınıb. Qeyd olunan ünvanda yaşayan 28 yaşlı Babək Məmmədovla qonşusu arasında mübahisə düşüb. Mübahisə böyüyüb və Babək Məmmədovun qonşusu bıçağa əl atıb. Bir neçə bıçaq xəsarəti alan Babək Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilib.

Hadisə barədə Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Babək Məmmədovu bıçaqlayan şəxsin kimliyi müəyyən edildikdən sonra onun tutulması istiqamətində əməliyyat keçirilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR