Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
# 13 fevral 2015 09:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 12-də saat 20:30 radələrində, Sabunçu qəsəbəsi Şəhər Şosesində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Yusif Səmədov idarə etdiyi “İsuzu “markalı 148 saylı xətt avtobusu ilə Yardımlı rayon sakini 1972-ci il təvəllüdlü Mahir Həsənovu vurub. Ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR