Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb - FOTOSESSİYA - YENİLƏNİB

Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 18 sentyabr 2014 09:25 (UTC +04:00)

Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib.

O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.

***

saat 11.38


Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yol qəzası Bakı dairəvi yolunda qeydə alınıb.

188 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR