Bakıda sərxoş sürücü qəza törədərək, hadisə yerindən qaçıb - FOTOSESSİYA - VİDEO

Bakıda sərxoş sürücü qəza törədərək, hadisə yerindən qaçıb - <span style="color: red;">FOTOSESSİYA   - <span style="color: red;">VİDEO
# 31 iyul 2014 02:02 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA TV. Bakının Xətai rayonunda sərxoş sürücü yol qəzası törədib. APA TV-nin məlumatına görə, hadisə Afiyəddin Cəlilov küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarında dayanan başqa bir “Mercedes”ə çırpıb. Sürəti yüksək olan “Mercedes” daha sonra işıq dirəyinə dəyib.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib, işıq dirəyi isə əyilib.

Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Məlum olub ki, qəzaya səbəb olan “Mercedes”in sərxoş sürücüsü hadisə yerini tərk edib. Maşın isə DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Faktı Xətai Rayon Dövlət Yol Polisi İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR