Bakıda şirkətdən külli miqdarda pul oğurlayan qrupun digər üzvü tutulub

Bakıda şirkətdən külli miqdarda pul oğurlayan qrupun digər üzvü tutulub
# 27 avqust 2015 10:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda şirkətdən külli miqdarda pul oğurlayan qrupun digər üzvü saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunan Ramin Məhərrəmov tutulub, ondan 3,08 qram tiryək götürülüb.

Qeyd edək ki, DİN dünən Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxsin tutulması haqda məlumat açıqlayıb.

Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 000 ABŞ dolları olan seyfi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR