Bakıda taksi sürücüsü avtomobilində qətlə yetirilib

Bakıda taksi sürücüsü avtomobilində qətlə yetirilib
# 05 avqust 2015 07:47 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 2-də Badamdar qəsəbəsi “Bəyoğlu” restoranının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Həmid Paşayevin meyiti taksi kimi istifadə etdiyi “Nissan” markalı avtomobilində tapılıb. Meyitin müayinəsi zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR