Bakıda təkər təmiri sexində bədbəxt hadisə baş verib

Bakıda təkər təmiri sexində bədbəxt hadisə baş verib
# 28 sentyabr 2013 10:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda faciəli hadisə baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki təkər təmiri sexində qeydə alınıb. Orada işləyən Abşeron rayon sakini Vüsal Hüseynovun təmir etdiyi təkər partlayıb. Nəticədə, V.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR