Bakıda tikilməkdə olan binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda tikilməkdə olan binada baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2014 11:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda tikilməkdə olan binada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 31/5 ünvanında yerləşən binada baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın qısa zamanda söndürülüb.

***

Saat: 12:27

Bakı. Hafiz Heydərov - APA. Bakıda tikilməkdə olan binada yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 31/5 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR