Bakıda tikinti materialları bazarında yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakıda tikinti materialları bazarında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 06 sentyabr 2014 12:52 (UTC +04:00)

APA - nın məlumatına görə, Nərimanov rayonu, Ziya Bünyadov küçəsində (Dərnəgül şosesi) yerləşən tikinti bazarındakı mağazalardan birini tam, qonşuluqdakı mağazanı isə qismən əhatə edən yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon şöbəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğın ümumilikdə 150 kv.m sahəni əhatə edib. Yanğın nəticəsində dəymiş zərər dəqiqləşdirilir.

***

14.50

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda bazarda mağaza yanır.

Nərimanov Rayon Polis İdarəsindən APA - ya verilən məlumata görə, Dərnəgül şossesindəki tikinti mallarının satıldığı bazarda mağazalardan birində yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Nərimanov rayon şöbəsinin əməkdaşları hadisə yerindədirlər və yanğını söndürməyə çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR