Bakıda tikinti sahəsindən xeyli miqdarda elektrik avadanlığı oğurlanıb

Bakıda tikinti sahəsindən xeyli miqdarda elektrik avadanlığı oğurlanıb
# 26 mart 2013 09:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda ticarət mərkəzinin tikinti sahəsindən xeyli miqdarda elektrik avadanlığı oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 24-də Səməd Vurğun küçəsində yerləşən “Yasmin” ticarət mərkəzinin tikintisindən 7 min manat dəyərində elektrik avadanlığı oğurlanıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Nəbiyev və Tovuz rayon sakini Ədalət Nağıyev martın 25-də tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR