Bakıda üç avtomobil toqquşub, ölən var

Bakıda üç avtomobil toqquşub, ölən var
# 17 mart 2013 04:43 (UTC +04:00)

Bakı-APA. Bakıda üç avtomobil toqquşub, ölən var. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Mercedes”, “DODGE” və yol kənarında dayanmış “Toyota” markalı minik avtomobilləri toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə təhlükəsizlik qaydalarına riayət olunmaqla sürücünün meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR