Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatları məlum olub - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2014 08:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda üç nəfərin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsinin təfərrüatları məlum olub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, məlum hadisə Binəqədi qəsəbəsi Yeni Yaşayış massivi, mal bazarının yaxınlığında baş verib.

Nərimanov rayon sakin, 25 yaşlı Valeh Həsənov aralarında yaranan mübahisə zəminində 23 yaşlı Tural Rüstəmova qol, 36 yaşlı Anar Rüstəmova sidik kisəsindən, 34 yaşlı Tacəddin Abbasova isə qarın və kürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya çatdırılıblar.

Binəqədi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Valeh Həsənov tutulub və o, törətdiyi əməli etiraf edib.

Məlum olub ki, Valeh Həsənovun adına qeydiyyatda olan kafeni Anar Bəxtiyar oğlu Rüstəmov işlədib. Kafenin vergi borcları Valeh Həsənovun evinə gəldiyi üçün o, Anar Rüstəmovun qardaşına zəng edərək, borcu ödəməyi xahiş edib. Lakin qarşı tərəf Valeh Həsənovu söyüb və onların aralarında mübahisə yaranıb. Nəticədə Valeh Həsənov onları bıçaqlayıb. Saxlanılan Valeh Həsənov və zərərçəkmiş şəxslərin hamısı hadisə vaxtı sərxoş olublar.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Valeh Həsənov barəsində cinayət məcəlləsinin 126.1 ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

* * *

08 Sentyabr 2014 10:20

Bakı. Hafiz Heydərov - APA. Bakıda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 5-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb. Naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR