Bakıda uşaq oğurlayan şəxsə 11 illik həbs cəzası verilib

Bakıda uşaq oğurlayan şəxsə 11 illik həbs cəzası verilib
# 06 dekabr 2016 12:17 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakıda uşaq oğurlayaraq, onu azadlığa buraxmağın müqabilində valideynlərindən 30 min manat pul tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR