Bakıda yaşayış binasında yanğın olub - FOTO

Bakıda yaşayış binasında yanğın olub - <span style="color: red;">FOTO
# 09 sentyabr 2014 11:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda yaşayış binasında yanğın olub. APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 45 A ünvanında qeydə alınıb.

Doqquz mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verən yanğının söndürülməsinə bir yanğınsöndürən maşın cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR