Bakıda yetkinlik yaşına çatmayan qız evlənmək məqsədi ilə qaçırılıb - VİDEO

Bakıda yetkinlik yaşına çatmayan qız evlənmək məqsədi ilə qaçırılıb - <span style="color: red;">VİDEO
# 25 avqust 2015 06:57 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü H.H. naməlum şəxs tərəfindən “VAZ-2107” markalı avtomobillə qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası Ə.H. məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR