Bakıda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2014 21:34 (UTC +04:00)

APA -nın məlumatına görə, hadisə Rüstəm Rüstəmov və Bəkir Çobanzadə küçəsinin kəsişməsində qeydə alınıb.

Vaqif Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobil, Samir Gəraylının idarə etdiyi "KİA" və Fazil Həsənovun idarə etdiyi "Nissan"la toqquşub. Qəza zamanı "Nissan"ın sürücüsü və xanım sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili yardım çağırılıb və hər iki yaralı xəstəxanaya çatdırılıb.

Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsindən APA-ya verilən məlumata görə, hadisənin səbəbkarı yaxınlıqdakı təhlükəsiz şəhər kameralarına baxıldıqdan sonra müəyyən olunacaq. Yararsız hala düşən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR