Bakıdan qaçırılmış avtomobil Lənkəranda tapılıb

Bakıdan qaçırılmış avtomobil Lənkəranda tapılıb
# 13 avqust 2013 07:38 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda iki həftə öncə baş verən oğurluq hadisəsinin üstü açılıb. APA-nın Cənub bürosunun məlumatına görə, bu, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) daxil olan məlumata müvafiq olaraq rayonun Osakücə kənd sakini, 1977-ci il təvəllüdlü Fariz Fərail oğlu Rzayevin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı həyətdə Zərdab rayon sakini Əfqan Qasım oğlu Teymurova məxsus, avqustun 2-də Bakının Suraxanı rayonu ərazisindən qaçırılmış, 2005-ci il istehsalı olan 10 MP 097 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobil aşkarlanıb. F. Rzayev həmin avtomobili Lənkəranın Ləvəngi dairəsində Bakının Binə qəsəbə sakini olan Güloğlan adlı şəxsdən heç bir sənəd təqdim olunmadan cəmi 400 dollara aldığını bildirib.

Hazırda Lənkəran ŞRPŞ-də maşını qaçırmış şəxsin istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR