Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 05 mart 2013 07:44 (UTC +04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu ərazisində, Koroğlu Rəhimov küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülərə alternativ yol kimi Həsənoğlu və Ə. Ağaoğlu küçələrindən istifadə etmək tövsiyə olunur.

Koroğlu Rəhimov küçəsinin nəqliyyatın hərəkəti üçün nə vaxt açılacağı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya verdiyi açıqlamada Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrində işıqforların işləmədiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR