Bakının mərkəzində yanğın olub - YENİLƏNİB

Bakının mərkəzində yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 05 fevral 2018 10:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzindən baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 400 m2 olan, birmərtəbəli, taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 150 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqda yerləşən kilsə yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

08.24

Bakıda yaşayış evində yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın Nəsimi rayonu Salatın Əsgərova küçəsində ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR