Bakının mərkəzində iki minik avtomobili toqquşub

Bakının mərkəzində iki minik avtomobili toqquşub
# 08 may 2017 21:53 (UTC +04:00)

Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

APA-nın məlumatına görə, Rəşid Behbudov küçəsində “BMW” markalı avtomobil “Opel”ə çırpılıb.

İlkin məlumata əsasən, Rəşid Behbudov küçəsi ilə hərəkət edən “Opel” Ruhulla Axundov küçəsinə dönərkən “BMW” onu arxadan vurub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hazırda Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində ilkin araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR