Balakən sakininin yaşadığı evin həyətində narkotik bitki aşkarlanıb

Balakən sakininin yaşadığı evin həyətində narkotik bitki aşkarlanıb
# 19 iyul 2014 08:01 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə tikintisi yarımçıq qalmış evin içərisindən narkotik bitki aşkar olunub.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional bölməsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində “Xaş-xaş 2014” şərti adı altında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə rayonun Katex kənd sakini, 1964-cü il təvəllüdlü Gülarə İbrahim qızı Hudulovanın yaşadığı evin həyətyani sahəsində evə bitişik tikilmiş, üstü açıq otağın içərisində aqrotexniki qaydada qulluq edilmiş, ölçüsü 48 sm-dən 1,75 m-dək olan 4 ədəd narkotik bitki hesab edilən çətənə kolları aşkar edilib. G. Hudulovadan müvafiq izahat alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR