Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib, polis əməkdaşı yaralanıb - VİDEO

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib, polis əməkdaşı yaralanıb - <span style="color: red;">VİDEO
# 17 iyul 2014 09:09 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 148-ci kilometrliyində, Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

1958-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Fərman Heydər oğlu İbrahimovun idarə etdiyi VAZ-21132 markalı 90 UD 152 dövlət nömrə nişanlı minik avtomobil Balakən şəhər sakini, 1985-ci il təvəllüdlü Elvin Aydın oğlu Seyidovun idarə etdiyi “Hyundai” markalı 90 BK 996 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Baş vermiş qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Balakən RMX-dan APA-ya verilən məlumata görə, F. İbrahimovun xəsarətləri ağır olduğundan onu həyatını xilas etmək mümkün olmayıb.

E. Seyidovun vəziyyəti isə orta-ağır hesab edilir, müalicəsi xəstəxanada davam etdirilir. E. Seyidov polis əməkdaşıdır. O, Qax rayon Polis Şöbəsində Zəyəm, Şotavar və Qoroğan kəndləri üzrə sahə müvəkkili vəzifəsində işləyir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR