Balakəndə yanğın hadisəsi baş verib

Balakəndə yanğın hadisəsi baş verib
# 10 mart 2013 05:58 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Yanğın Balakən rayonu, Qaravəli kənd sakini Osmanov Əsəbəli İsmayıl oğlunun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 70 kv/m olan mal tövləsində baş verib. Hadisə yerinə FHN-nin Balakən rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 4,5 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.

Fakla bağlı FHN-nin Balakən rayon YMH-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR