Baş Prokurorluq: Bu il Azərbaycanda 11 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb

Baş Prokurorluq: Bu il Azərbaycanda 11 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb
# 31 iyul 2014 15:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu il Azərbaycanda 11 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov bu gün Baş Prokurorluqda 2014-cü ilin birinci yarında görülmüş işlərin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirib. O, qeyd edib ki, 2014-cü ilin birinci yarım ili ərzində əvvəlki illərdə olduğu kimi qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsi istiqamətlərində fəaliyyətin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər həyata keçirilib: “Prokurorluğun digər hüquq mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işinin nəticəsidir ki, hesabat dövründə qeydə alınmış 95 qəsdən adam öldürmə cinayətinin (2013-cü ilin müvafiq dövründə 106 hadisə) 84-nün, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərindən 19-nun isti izlərlə açılması təmin olunub. Həyata keçirilmiş çoxsaylı istintaq-əməliyyat tədbirlərinə baxmayaraq hesabat dövründə 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Suraxanı rayonunda, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində, habelə İmişli, Neftçala, Tərtər, Qax, Salyan, Xaçmaz və Xızı rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib”.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan bütün qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində qeyd edilib ki, 2014-cü ilin birinci yarım ilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 7.135 (2013-cü ilin müvafiq dövründə 6.538) cinayət işinin istintaqı yekunlaşdırılmaqla, 6.330 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, müddət pozuntusu ilə istintaq olunma 9,6 faizə enib (2013-cü ilin birinci yarım ilində 10,8 %).

Hesabat dövründə prokurorluq orqanları üzrə istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 6 milyon 484 min manatının və ya 39,3 faizinin, Daxili işlər orqanları üzrə isə 6 milyon 600 min manatının və ya 71,2 faizinin ödətdirilməsi təmin edilib.

İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat dövründə 173 cinayət işinin icraatına xitam verilməsi və 449 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə mövcud olan qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 398 təqdimat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR