Bərdədə ev yanıb, 6 yaşlı qız ölüb, anası ağır xəsarət alıb - YENİLƏNİB

Bərdədə ev yanıb, 6 yaşlı qız ölüb, anası ağır xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 15 yanvar 2018 09:03 (UTC +04:00)

Bərdədə evdə baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır.

Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, yanıq xəsarəti ilə xəstəxanaya çatdırılan 1991-ci il təvəllüdlü Novruzova Zümrüd Sirac qızının müalicəsi davam etdirilir. Z. Novruzova hadisə zamanı ölən 6 yaşlı Novruzova Ruqiyyə Samir qızının anasıdır.

Rayon Polis Şöbəsindən bildirilib ki, Z. Novruzovanın həyat yoldaşı Novruzov Samir Xəyyam oğlu işləmək üçün Dağıstan Respublikasına gedib.

Faktla bağlı araşdırma aparılır.

***

11:02

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR