Bərdədə mağazalardan oğurluq edənlər yaxalanıb - VİDEO

Bərdədə mağazalardan oğurluq edənlər yaxalanıb - <span style="color: red;">VİDEO
# 17 avqust 2013 14:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bərdə rayon sakinlərinin mağazalardan oğurluq etdikləri müəyyənləşdirilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də Rəşad Abdullayevə məxsus mağazadan 1 ədəd noutbuk, kompüter hissələri, spirtli və sərinləşdirici içkilər oğurlayan rayon sakinləri Aqşin Mollaeyyublu, Allahverdi Əliyev və Elgiz Sərvəri saxlanılıblar.

A. Mollaeyyublunun və E. Sərvərinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 30-da Rauf Nəcəfova məxsus “Ovçu” mağazasından 2 ədəd pnevmatik tüfəng, 21 ədəd bıçaq, 1 ədəd binokl və digər əşyalar oğurladıqları da müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR