Bərdədə silahlı şəxs saxlanılıb

Bərdədə silahlı şəxs saxlanılıb
# 26 oktyabr 2017 15:32 (UTC +04:00)

Əldə edilmiş əməliyyat məlumatı əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə saxlayaraq Polis Şöbəsinə gətiriblər.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin aşkar edilib.

“Mitsubishi” markalı avtomobilə baxış keçirən polis əməkdaşları oradan “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling də aşkar edərək götürüblər.

Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR