Qohumunu güllələyən şəxs həbsdə ölüb

Qohumunu güllələyən şəxs həbsdə ölüb
# 16 oktyabr 2017 08:08 (UTC +04:00)

Bakıda daha bir məhkum xəstəlikdən vəfat edib.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan 1990-cı il təvəllüdlü Lətif Vilayət oğlu Bəyişov xəstəlikdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2015-ci il avqustun 15-də Beyləqan rayonunun Qaradağlı kəndində kənd sakini Lətif Bəyişov münaqişə zəminində qohumu Xəqani Bəyişovu güllələyib. Məhkəmənin qərarı ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR