Bu il paytaxtda baş verən yol qəzalarında 139 nəfər ölüb

Bu il paytaxtda baş verən yol qəzalarında 139 nəfər ölüb
# 10 iyul 2014 16:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bu ilin 6 ayında paytaxtda baş verən yol qəzalarında 139 nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov APA-ya verdiyi məlumata görə, cari ilin ilk 6 ayında paytaxt ərazisində 444 yol qəzası baş verib. Nəticədə 139 nəfər ölüb, 438 nəfər xəsarət alıb.

Hesabat dövründə paytaxtda piyadaların vurulması ilə nəticələnən 226 yol qəzası baş verib. Qəzalarda 69 nəfər ölüb, 170 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzaları 8.5%, ölüm sayı 13.7%, yaralı sayı 12.2% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR