Bu vaxta kimi “ASAN xidmət” mərkəzləri vasitəsilə 475 min nəfərə xidmət göstərilib

Bu vaxta kimi “ASAN xidmət” mərkəzləri vasitəsilə 475 min nəfərə xidmət göstərilib
# 18 sentyabr 2013 09:09 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, bu vaxta kimi Bakının 3 rayonunda 1, 2, 3 saylı “ASAN” xidmət mərkəzləri və Sumqayıtda “ASAN xidmət” Mərkəzi fəaliyyət başlayıb. İ. Kərimovun sözlərinə görə, artıq Bakının 9 rayonun əhalisi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edir: “Yaxın zamanlarda Bakının Sabunçu, Xəzər və Pirallahı rayonunun sakinləri də “ASAN xidmət” mərkəzinin xidmətlərindən istifadə edəcək. Tezliklə Gəncə və ətraf bölgələrinin əhalisi də sevindiriləcək. Belə ki, Gəncədə sayca 5-ci olacaq “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq”.

İ.Kərimov qeyd edib ki, vaxt baxımından “ASAN xidmət” mərkəzlərinin açılması mümkün olmayan regionlarda səyyar avtobuslarla xidmət göstərilir. Onun sözlərinə görə, artıq 14 rayonda 25 rayonun 40 min əhalisinə səyyar avtobuslar vasitəsilə xidmət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR