Cəbhəyanı rayonlarda partlamamış hərbi sursat aşkarlanıb

Cəbhəyanı rayonlarda partlamamış hərbi sursat aşkarlanıb
# 23 iyun 2016 21:53 (UTC +04:00)

Bakı-APA. Tərtər, Füzuli və Qazax rayonlarında dörd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 23-də Tərtər, Füzuli və Tərtər rayonlarında aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat açıqlayıb.

Məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissəsi, Füzuli rayonunun Horadiz kəndində 82 millimetrlik iki minaatan mərmi aşkar olunaraq götürülüb. Qazax rayonunun Quşçu Ayrım kəndində aşkarlanan 125 millimetrlik 1 tank mərmisi agentliyin mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilib.

23 İyun tarixində 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat ( 2 ədəd 82 mm-lik minaatan mərmi, 1 ədəd 125 mm-lik tank mərmisi və 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülmüş və gün ərzində 12 290 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 23 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 25 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 548 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR