Cəlilabad sakini tapdığı silah-sursatı polisə təhvil verib

Cəlilabad sakini tapdığı silah-sursatı polisə təhvil verib
# 09 mart 2013 09:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Cəlilabad rayon sakini tapdığı silah-sursatı polisə təhvil verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayon sakini Sədayət Kərimov rayon ərazisindən tapdığı 1 ədəd ov tüfəngini, 1 ədəd "Beretta" markalı tapançanı, 3 ədəd qumbaranı, 91 ədəd avtomat patronunu, 4 ədəd qumbara alışdırıcısını, 1 ədəd fişəngi və 1 ədəd avtomat darağını könüllü olaraq Cəlilabad Rayon Polis Şöbəsinə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR