Cəlilabad sakini yol qəzasında ölüb

Cəlilabad sakini yol qəzasında ölüb
# 12 avqust 2013 12:02 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Ötən gün saat 22 radələrində Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Təzəkənd kənd sakini Ələsgər Mənsiyevin idarə etdiyi “Opel” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR