Cəlilabadda 53 yaşlı qadını maşın vurub

Cəlilabadda 53 yaşlı qadını maşın vurub
# 26 sentyabr 2015 07:36 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 25-də axşam Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Rayonun Zopun kənd sakini Aqşin Tərlan oğlu Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Cəlilabad şəhər sakini, 1962-ci il təvəllüdlü Mehparə Xanoğlan qızı Abdullayevanı vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını dərhal avtomobili ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Burada yaralıya müvafiq tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından paytaxt xəstəxanalarından birinə yola salınıb.


Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR